• 16.10.2026
  • 26
Dövlət Proqramı məzunları üçün karyera sərgisi keçiriləcək

Dövlət Proqramı məzunlarının nəzərinə!

 

Dövlət Proqramı İdarəetmə Qrupu və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə sizi yeni karyera imkanlarını kəşf etməyə və məzun icmamızla bir araya gəlməyə dəvət edirik.

 

Sərgidə dövlət və özəl sektorun təmsilçisi olan ümumilikdə 35 qurum 200-dən çox vakansiya ilə iştirak edəcək. İşəgötürənlərlə birbaşa əlaqə qurmaq və mövcud imkanlarla tanış olmaq üçün bizə qoşulun!

 

Tədbir 19 oktyabr tarixində Bakı şəhərində baş tutacaq.

 

Qeyd: Tədbirdə iştirak üçün məzunların onlara göndərilən qeydiyyat formunu doldurmaları xahiş olunur.