• 25.09.2026
  • 22
Təqaüdçümüz təhsil tədqiqatları sahəsində beynəlxalq mükafata layiq görülüb
Samirə Həsənzadə Avropa Təhsil Tədqiqatları Assosiasiyasının gənc tədqiqatçılar üçün təsis etdiyi «Ən yaxşı elmi məqalə» mükafatı ilə təltif olunub. Onun məqaləsi mədəniyyətlərarası incəsənət əsaslı fəaliyyət vasitəsilə sülh təhsilini araşdırır.
 
Sözügedən məqalə Gənc Tədqiqatçıların Konfransı (ERC) çərçivəsində həyata keçirilən geniş və ciddi qiymətləndirmə prosesi nəticəsində ən yüksək qiymətə layiq görülüb. Məqalə Avropanın təhsil sahəsi üzrə ən nüfuzlu jurnallarından biri sayılan “European Educational Research Journal (EERJ)”-da çap olunacaq.
 
Qeyd edək ki, Samirə Həsənzadə hazırda Dövlət Proqramı çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Qlazqo Universitetində təhsil ixtisas istiqaməti üzrə doktorantura təhsili alır.