• 21.08.2026
  • 4
Məzunumuz ABŞ-də hüquq elmləri doktoru dərəcəsi almış ilk azərbaycanlı hüquqşünas oldu

Dövlət Proqramı məzunu Altay Mustafayev ABŞ-də hüquq elmləri doktoru (SJD) dərəcəsi almış ilk azərbaycanlı hüquqşünas oldu.

 

O bu yaxınlarda ABŞ-nin İndiana Universitetində “Judicial Discretion in Common Law and Civil Law: A Comparative Legal and Institutional Analysis through Elinor Ostrom’s IAD Framework” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edib. Onun dissertasiyasında Nobel mükafatı laureatı Elinor Ostromun İnstitusional Təhlil və İnkişaf çərçivəsindən istifadə olunaraq ümumi və kontinental hüquq sistemlərində hakimlərin qərarvermə səlahiyyətlərinin hüquqi və institusional xüsusiyyətləri müqayisəli şəkildə təhlil olunub.

 

Qeyd edək ki, hüquq elmləri doktoru (SJD) hüquq sahəsində ən yüksək akademik dərəcə hesab olunur.

 

Məlumat üçün bildirək ki, Dövlət Proqramı məzunu Altay Mustafayev Azərbaycan Respublikası Vəkillər Kollegiyası və ABŞ-nin Nyu-York Vəkillər Kollegiyasının üzvü olmaqla bərabər, İngiltərə və Uelsdə vəkillik statusuna malikdir.