• 17.06.2026
  • 11
Türkiyənin İzmir şəhərində ADAU-EGE ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib

Türkiyənin İzmir şəhərində yerləşən Ege Universitetində “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin Ege Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü baş tutub.

 

Görüşdə ADAU-nun rektoru Zəfər Qurbanov, Ege Universitetinin rektoru Musa Alcı, universitet rəhbərliyi, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov və ikili diplom proqramları üzrə layihə rəhbəri Aytən Şadlinskaya, eləcə də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyətləri iştirak ediblər.

Zəfər Qurbanov çıxışında proqramın uğurla davam etdirildiyini bildirərək əldə olunan naliyyətlərdən bəhs edib. Musa Alcı da ADAU tələbələrinin əzm və çalışqanlıqlarını yüksək qiymətləndirib.

 

Daha sonra proqram direktoru Lamiyə Quliyeva 2025/2026-cı tədris ili ərzində proqram çərçivəsində görülən işlər və qazanılan uğurlar barədə təqdimatla çıxış edib.

 

Həmçinin görüş zamanı proqramın icrası, qarşıya qoyulan hədəflər və strateji məsələlər ətrafında geniş müzakirələr aparılıb.

 

Qalereya