• 10.04.2026
  • 14
DP iştirakçımız dünya reytinqində 8-ci olan “TOP” universitetin “TOP” tələbələri sırasında yer alıb
“QS World University Rankings” reytinq sistemində 8-ci sırada yer alan “National University of Singapore”da Dövlət Proqramı çərçivəsində komputer elmləri ixtisası üzrə bakalavriat pilləsində təhsil alan tələbəmiz Cəlil Hüseynov yüksək akademik göstəriciləri ilə fərqlənib.
 
O, akademik nəticələrinə əsasən fakültə üzrə ən yüksək göstəriciyə malik tələbələrin ilk 5 faizi sırasına daxil olaraq “Dekanın siyahısı” təltifinə layiq görülüb.
 
Tələbəmizlə fəxr edir və parlaq nəticələrinin davamını arzulayırıq!