• 10.04.2026
  • 12
DP təqaüdçüsü BMT-nin Uşaq Hüquqları Komitəsinə seçkilərdə namizəd göstərilib
Dövlət Proqramı iştirakçısı Fərid Ədilov BMT-nin Uşaq Hüquqları Komitəsinə 2027–2031-ci illəri əhatə edən dövr üçün seçkilərdə Azərbaycanın namizədi elan olunub. 
 
18 müstəqil ekspertdən ibarət olan komitə "Uşaq hüquqları haqqında" Konvensiyanın icrasına nəzarət edir. 
 
Qeyd edək ki, səsvermə 23 iyun 2026-cı il tarixində BMT-nin baş qərargahında keçiriləcək. 
 
 Esseks Universitetində sosiologiya və kriminologiya üzrə doktorant və müəllim köməkçisi olan təqaüdçümüz qadın parlamentarilərin qadınlara yönəlik siyasətlərə təsirini araşdırır. Fərid Ədilovun apardığı tədqiqat məişət zorakılığı, reproduktiv hüquqlar, erkən nikahlar və valideyn məzuniyyəti kimi mövzuları əhatə edir.