• 23.02.2026
  • 17
“Qlobal təhsildən milli inkişafa” – Dövlət Proqramı məzunları üçün karyera sərgisi keçiriləcək

Əziz məzunlar! Sizi Dövlət Proqramı məzunları üçün keçiriləcək “Qlobal təhsildən milli inkişafa” adlı karyera sərgisinə dəvət edirik.

 

Sərgidə iştirak edəcək 30-dan çox nüfuzlu qurumun nümayəndələrindən mövcud vakansiyalar haqqında ətraflı məlumat ala, ixtisas və təcrübənizə uyğun karyera imkanlarını dəyərləndirə bilərsiniz.  

 

İştirak edəcək məzunların keçiddən istifadə edərək qeydiyyat formunu doldurmaları xahiş olunur.

 

Tarix: 28 fevral, saat 10:30

Məkan: ADA Universiteti

 

Diqqət! Tədbir yalnız hazırda əmək fəaliyyəti ilə məşğul olmayan Dövlət Proqramı məzunlarının iştirakı üçün nəzərdə tutulub.

Tədbirə qeydiyyat üçün son tarix: 26 fevral, saat 12:00