• 21.01.2026
  • 53
Kaliforniya Universitetinin Berkli filialı (UC Berkeley School of Law) tərəfindən təqdim edilən məlumat

Kaliforniya Universitetinin Berkli filialının (UC Berkeley School of Law) Qəbul Komitəsi tərəfindən məlumat daxil olmuşdur.

Universitetin məlumatına əsasən, 2026-cı il tədris ili üzrə oriyentasiya proqramının 10 avqust 2026-cı il tarixində başlaması planlaşdırılır. Universitetin daxili siyasətinə uyğun olaraq, tələbələrin qeyd olunan tarixdə tədris müəssisəsində fiziki iştirakı tələb olunur və gecikmələr üçün istisnaların edilməsi nəzərdə tutulmur.

Dövlət Proqramı çərçivəsində maliyyələşmə qərarlarının avqust ayının əvvəlində açıqlanması səbəbindən, qəbul alan namizədlərin qeyd olunan tarixədək viza rəsmiləşdirilməsi və digər sənədləşmə prosedurlarını yekunlaşdırması mümkün olmaya bilər.

Namizədlərin universitet seçimi zamanı bu tip məlumatı nəzərə almaları tövsiyə olunur.

 

Qalereya