Ayan Məmmədli “Diana” mükafatına layiq görülüb.
Məlumat üçün bildiririk ki, “Diana Award” sosial sahədə fəaliyyət göstərən gənclərə verilən ən prestijli mükafatdır. Şahzadə Diana Mükafatı ən azı 12 ayını tədris, xeyriyyəçilik və
ya sosialyönümlü müxtəlif fəaliyyətlər vasitəsilə cəmiyyətə müsbət töhfə verməyə həsr etmiş gənclərə verilir. 2024-cü ildə 30-dan çox ölkədən olan 80-dən çox könüllü 1700 iştirakçını beş meyar əsasında qiymətləndirdi: görmə, sosial təsir, başqalarını ruhlandırmaq, gənclərin liderliyi və sosial fəaliyyətin isitqaməti.
Qaliblər, fəaliyyətləri ilə tanınan dünyaca məşhur gənc liderlərin sırasında Dövlət Proqramı iştirakçısı Ayan Məmmədlinin də adı var.
Qeyd edək ki, Ayan Məmmədli "2022-2028 Dövlət Proqramı" çərçivəsində ABŞ-nin nüfuzlu "University of California, Berkeley" ali təhsil müəssisəsində “Elektrik Mühəndisliyi və Kompüter Elmləri + Biznes” ixtisası üzrə bakalavriat təhsil səviyyəsində təhsil alır.
Proqram iştirakçımızı təbrik edir, uğurlarının daimi olmasını arzu edirik!