Böyük Britaniyanın ən yaxşı ali təhsil müəssisələrindən biri olan “Imperial College London" Dövlət Proqramı təqaüdçüsü Fərid Musayevin uğur hekayəsi haqda məqalə paylaşıb.
Qeyd edək ki, məqalə ali təhsil müəssisəsinin rəsmi internet səhifəsində dərc olunub.
Məqalə ilə keçid vasitəsilə tanış ola bilərsiniz.
Xatırladaq ki, Fərid Musayev "2022-2028 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “Imperial College London" ali təhsil müəssisəsində “Fundamental və tətbiqi elmlər" ixtisas istiqaməti üzrə magistratura səviyyəsində təhsil alır.
Proqram iştirakçımızı təbrik edir, uğurlarının daimi olmasını arzu edirik.