Dövlət Proqramı iştirakçıları Laçın Məmmədov və Sənan Qarayev 9-11 iyun tarixlərində baş tutan, dünyanın aparıcı mühəndislik və texnologiya tədbirlərindən biri olan “London Tech Week 2025”də iştirak ediblər.
Tədbirdə Böyük Britaniyanın Baş naziri, “NVIDIA” şirkətinin rəhbəri, eləcə də BP, “Google”, “Amazon” və digər qlobal texnologiya, mühəndislik nəhənglərinin vitse-prezidentləri və rəhbər şəxsləri çıxış etdilər.
Proqram iştirakçıları panel müzakirələrdə iştirak edərək mühəndislik, süni intellekt, innovasiya və rəqəmsal transformasiya sahələrində ən son trendlər və strateji yanaşmalarla yaxından tanış olublar.
“London Tech Week 2025”də iştirak Proqram iştirakçılarına mühüm qlobal əlaqələr qurmaq, beynəlxalq mütəxəssislərlə fikir mübadiləsi aparmaq və mühəndislik, texnologiya sahəsindəki biliklərini daha da genişləndirmək imkanı yaratdı.
Qeyd edək ki, Dövlət Proqramı təqaüdçüləri Laçın Məmmədov Mexanika Mühəndisliyi, Sənan Qarayev isə Robototexnika və süni intellekt ixtisasları üzrə "2022-2028 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “University College London" ali təhsil müəssisəsində magistratura səviyyəsində təhsil alırlar.