Azərbaycanın zəngin mədəniyyəti Oksford Universitetində təşkil olunan “European-Eurasia Cultural Night” sərgisində nümayiş edilib.
Tədbirdə Azərbaycan stendi ilə ölkəmizi Dövlət Porqramı təqaüdçləri, Böyük Britaniyanın Oksford Universitetinin "Blavatnik School of Government"də, İctimai Siyasət ixtisası üzrə təhsil alan Tağıyeva Şəbnəm və Hüseynov Zaman təmsil ediblər.
Sərgi çərçivəsində qonaqlara ölkəmizin mədəniyyəti, musiqisi və milli təamları təqdim olunub və iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb.
Bundan əlavə, Azərbaycan stendində sərgi iştirakçıları üçün interaktiv sual-cavab müsabiqəsi keçirilib və qaliblərə Azərbaycanla bağlı simvolik hədiyyələr təqdim olunub.Sərgidə iştirak Dövlət Proqramı iştirakçılarına ölkəmizin mədəni irsini beynəlxalq ictimaiyyətə çatdırmaq imkanı yaradıb.
Təbdirdə Azərbaycanın təmsil olunmasında göstərdiyi təşkilati dəstəyə görə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə xüsusi təşəkkürlərimizi bildiririk.
Qeyd edək ki, Dövlət Proqramı təqaüdçüləri Şəbnəm Tağıyeva və Zaman Hüseynov "2022-2028 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının nüfuzlu "University of Oxford" ali təhsil müəssisəsində “Dövlət idarəetməsi” ixtisas istiqaməti üzrə magistratura səviyyəsində təhsil alırlar.