• 24.09.2024
  • 365
Dövlət Proqramı iştirakçısı BERA Conference 2024 və WERA Focal Meeting tədbirlərində iştirak edib

"2019-2023 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı “University of Bristol” ali təhsil müəssisəsində Təhsil ixtisası üzrə doktorantura səviyyəsində təhsil alan Lalə İsmayılova BERA Conference 2024 və WERA Focal Meeting tədbirlərində iştirak etmişdir.
 

Proqram iştirakçısı konfransda “Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ali təhsil müəssisələrində təhsil alan beynəlxalq tələbələrin formativ rəyə dair baxışları” mövzusunda apardığı tədqiqatla bağlı çıxış etmişdir.
 

Qeyd edək ki, builki BERA (British Educational Research Association) Conference 2024 özünün 50-ci, WERA (World Education Research Association)  isə 15-ci ildönümünü qeyd edirdi.

 
Ətraflı məlumat üçün keçiddən istifadə edə bilərsiniz.
Qalereya