Elm və Təhsil Nazirliyi, Bakı Mühəndislik Universitetinin rəsmi nümayəndələri və Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri 20.11.2023 tarixində Dövlət Proqramı çərçivəsində icra olunan BMU-İNHA ikili diplom proqramı üzrə növbəti Rəhbər Komitə görüşündə iştirak etmək üçün Koreya Respublikasına səfər ediblər.
Səfər müddətində BMU-İNHA ikili diplom proqramının Rəhbər Komitə görüşündə iştirak, sözügedən proqram çərçivəsində təhsillərini hal-hazırda İNHA Universitetində davam etdirən sonuncu kurs tələbələr ilə görüşlər nəzərdə tutulub.
Qeyd edək ki, “2019-2023 Dövlət Proqramı” çərçivəsində icra edilən beş ikili diplom proqramlarından biri Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreyanın İNHA Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramıdır. BMU-İNHA ikili diplom proqramı çərçivəsində 4 ixtisas üzrə (“İnformasiya texnologiyaları”, “İnşaat mühəndisliyi”, “Elektrik mühəndisliyi” və “Elektronika mühəndisliyi”) bakalavr səviyyəsində tədris aparılır.