• 28.05.2023
  • 257
"2022-2026 Dövlət Proqramı" çərçivəsində təhsil alan tələbələrin tədbiri
"2022-2026 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Krallığının “University of Glasgow” ali təhsil müəssisəsində magistratura səviyyəsi üzrə təhsil alan Əliyeva Ləman, Hacızadə Kamran, Məmmədova Nərgiz, Ələkbərov Cavid, Quliyeva Ətir, Xasməmmədov Murad, İsmayılova Samirə, Məmmədova Fatimə və digər azərbaycanlı tələbələr 28 May – Müstəqillik Günü münasibəti ilə tədbir keçirmişdir. Tədbirdə dünyanın müxtəlif ölkələrindən olan tələbələr iştirak ediblər. Tədbir zamanı Azərbaycanın müstəqillik tarixindən bəhs edilmiş və sonda Müstəqillik Gününə həsr olunmuş “Breyn Rinq” intellektual yarışı keçirilmişdir. Qalib olan komandaya Azərbaycana dair attributlar və kitablar hədiyyə edilmişdir.