• 19.05.2023
  • 124
BMU-İNHA İDP ilə bağlı “Açıq qapı” günü

Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı (IDP) barədə maarifləndirmə işlərinin davamı olaraq, 23 may saat 11:00-da “Açıq qapı” günü keçiriləcək.

Sessiya zamanı proqram üzrə ali təhsilin bakalavriat səviyyəsində 2023/2024-cü tədris ili üçün həyata keçirilən qəbula dair ixtisaslar, keçid balları, Koreya Respublikasındakı təhsil prosesi və s. barədə məlumat veriləcək, iştirakçıları maraqlandıran suallar cavablandırılacaq.

Qeyd edək ki, görüş BMU-da baş tutacaq və abituriyentlər universitetin tədris binaları, laboratoriya və avadanlıqları ilə tanış olmaq imkanı əldə edəcəklər.

“Açıq qapı” günündə iştirak etmək üçün qeydiyyatdan keçmək zəruridir.

Qeydiyyat linki keçiddən əldə oluna bilər.