Geri ödəmələr

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 445 saylı 13 noyabr 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi Qaydaları”nın 3.8-ci yarımbəndinə uyğun olaraq proqram iştirakçısının özü tərəfindən ödənilən xərclərin əvəzi onun təqdim etdiyi təsdiqedici sənədlər (hesab-faktura, bank sənədi, beynəlxalq reyslər üzrə ictimai nəqliyyat biletinin minik talonu, elektron bilet və s.) əsasında Nazirliyin maliyyələşdirən quruma təqdim etdiyi sifarişlərin rəsmiləşdirildiyi tarixə qüvvədə olan rəsmi məzənnəyə uyğun Azərbaycan manatı ilə proqram iştirakçısının bank hesabına ödənilir.

 

Proqram iştirakçısı tərəfindən ödənilmiş xərclərin geri qaytarılması (“reimbursment”) üçün müvafiq ərizə formasını dolduraraq imzalamalı və ödənişi təsdiq edən sənədlərlə birlikdə Dövlət Proqramı İdarəetmə Qrupuna (dpinfo@edu.gov.az) elektron qaydada təqdim edilməlidir.

Təhsil xərclərinin (tuition fee) qarşılanması üçün tələb olunan sənədlər:

  • ərizə;
  • təhsil haqqının ödədiyinə dair ali təhsil müəssisəsi tərəfindən arayış;
  • ödənişə dair qəbz və ya bank çıxarışı.

 

Sığorta xərclərinin qarşılanması üçün tələb olunan sənədlər:

  • ərizə;
  • sığortanın əhatə etdiyi tarixlərə dair sənəd (tələb olunan halda aybaay çıxarışına dair sənəd);
  • ödənişə dair qəbz və ya bank çıxarışı.

 

Viza xərclərinin qarşılanması üçün tələb olunan sənədlər:

  • ərizə;
  • pasportun əsas səhifəsi ilə yanaşı vizanızın olduğu səhifə (və ya viza kartı);
  • ödənişə dair qəbz və ya bank çıxarışı;

Qeyd: Böyük Britaniyada təhsil alan proqram iştirakçılar üçün viza ödənişinə dair təsdiq edici elektron məktub (confirmation email from the Embassy).

 

Beynəlxalq nəqliyyat xərclərinin qarşılanması üçün tələb olunan sənədlər:

  • ərizə;
  • elektron bilet (üzərində qiyməti əks olunmalıdır);
  • minik talonları
  • ödənişə dair qəbz və ya bank çıxarışı.

 

Qeyd: Təqdim edilən sənədlərdə saxtalaşdırma, qanunsuz hazırlama və s. halları aşkarlanarsa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320-ci maddəsinin (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) 320.2-ci bəndinə əsasən min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması üçün aidiyyəti üzrə müvafiq tədbirlər görüləcəkdir.