• 19.04.2024
  • 191
Dövlət Proqramı iştirakçısının elmi-tədqiqat nəticələri ABŞ Dövlət Departamentində dinlənilib
"2022-2026 Dövlət Proqramı" çərçivəsində Amerika Birləşmiş Ştatları "University of Michigan-Ann Arbor" ali təhsil müəssisəsində "Dövlət siyasəti" ixtisası üzrə Magistratura səviyyəsində təhsil alan Raul Məmmədov ötən il bir neçə tələbə yoldaşları ilə ABŞ Dövlət Departamenti üçün tədqiqat aparmaq hüququnu qazanmışdır. 
 
Raul qış semestri boyu tələbə yoldaşlarından ibarət kiçik qrupla ABŞ Dövlət Departamenti üçün elmi tədqiqat aparmışdır. Elmi-tədqiqatın mövzusu "Şərqi Avropada Lüstrasiya Siyasətin İnsan Haqlarına Təsiri” idi.
 
12 aprel, 2024-cü il tarixində Raul Məmmədov tələbə yoldaşlarından ibarət qrupa rəhbərlik edərək, paytaxt Vaşinqtonda yerləşən Dövlət Departamentində tədqiqatlarının nəticələri haqqında təqdimat ilə çıxış edib. ABŞ Dövlət Departamentində Qlobal Cinayət Ədaləti şöbəsinin müdiri, səfir Bet Van Şaak və onun xüsusi tapşırıqlar üzrə köməkçiləri təqdimatı dinləyiblər. Təqdimatın sonunda səfirin və digər səlahiyyətli şəxslərin tədqiqat barədə sualları cavablandırılıb.
 
Səfir Bet Van Şaak, Raul və qrupunun elmi-tədqiqat işinin keyfiyyətindən çox razı qalıb. Qrupun rəhbər şəxsi olaraq Proqram iştirakçımız haqqında yüksək rəyini və Qlobal Cinayət Ədaləti şöbəsinin fəaliyyətinə töhfə verə biləcək işin ərsəyə gətirilməsinə görə dərin təşəkkürünü bildirmişdir.
Qalereya