Yerli ATM-in öhdəlikləri

“2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə dotorantura təhsili almaq hüququ qazanmış Azərbaycan Respublikası vətəndaşları ilə 3 tərəfli (Təhsil Nazirliyi, razılıq məktubunu təqdim edən yerli ali təhsil müəssisəsi və proqram iştirakçısı) müqavilə imzalanır. Sözügedən müqavilə forması Azərbaycan Respublikası təhsil nazirinin 18.12.2019-cu il tarixli F-745 nömrəli əmri ilə təsdiq edilib. Həmin müqavilə üzrə yerli ali təhsil müəssisəsi aşağıdakı öhdəlikləri üzərinə götürür:

  • - Proqram iştirakçısının təhsil aldığı müddət ərzində xarici ATM-də doktorantura səviyyəsi üzrə  iş planının yerinə yetirilməsini izləmək;
  • - Proqram iştirakçısının təhsil dövrü ərzində ölkəyə qayıdan zaman ildə bir dəfə şəxsən iştirakla, azı bir dəfə video bağlantı yolu ilə onun mühazirələrini qabaqcadan razılaşdırılmış tarixlərdə təşkil etmək;
  • - Proqram iştirakçısını təhsil dövrü ərzində azı bir dəfə yerli ATM-in təlim-tədris sisteminin yenilənməsi və kurikulumların hazırlanması işlərinə cəlb etmək;
  • - Proqram iştirakçısı yerli ATM qarşısında daşıdığı öhdəlikləri yerinə yetirmədikdə və ya bundan boyun qaçırdıqda bu barədə 10 (on) təqvim günü ərzində Nazirliyə rəsmi qaydada məlumat vermək;
  • - Proqram iştirakçısının təhsilini başa vurmasını təsdiq edən sənədi (diplom və ya təhsilini tam bitirmə haqqında arayış) yerli ATM-ə təqdim etdiyi gündən ən geci 30 (otuz) təqvim günü müddətində pedaqoji fəaliyyətə cəlb edilmək üçün onunla müvafiq əmək müqaviləsinin bağlanmasını təmin etmək.