• 28.03.2024
  • 260
ABŞ-nin Kolumbiya Universitetində Novruz bayramı qeyd olunub.

"2022-2026 Dövlət Proqramı" çərçivəsində Amerika Birləşmiş Ştatlarının "Columbia University" ali təhsil müəssisəsində magistratura səviyyəsində təhsil alan tələbələr - Günay Məmmədovanın təsis və sədrlik etdiyi və İlqar Məmmədovun şəbəkələşmə və yeni üzvlər üzrə məsul olduğu “Azərbaycan-Amerika Gənclər Federasiyası” qeyri-hökumət təşkilatının (AAYF) təşkilatçılığı ilə Kolumbiya Universitetində Novruz bayramı qeyd olunub.
 

Tədbirdə Nyu-Yorkda, eləcə də yaxın ştatlarda yaşayan 30-a yaxın tələbə, məzun və gənc, o cümlədən Kolumbiya Universiteti və Nyu York Universitetinin "2022-2026 Dövlət Proqramı" çərçivəsində Amerika Birləşmiş Ştatlarınında təhsil alan tələbələri iştirak edib.

 

Azərbaycanlı gəncləri bir araya gətirmək, milli adət-ənənələri tanıtmaq məqsədilə təşkil olunmuş tədbirdə Azərbaycan mətbəxinə aid müxtəlif təamlar, milli şirniyyatlar və Novruz bayramının əsas atributları təqdim olunub, hədiyyəli müsabiqə keçirilib.

 
Qalereya