• 27.03.2024
  • 269
"King's College London"da tələbələrimizin Novruz Bayramı tədbiri

19 Mart tarixində King's College London ali təhsil müəssisəsində təhsil alan Dövlət Proqramı iştirakçıları, eyni zamanda KCL Azərbaycan Cəmiyyətinin üzvləri Aygün Səmədli, Nərmin Quliyeva, Vaqif Quliyev və  İslam Kərimli tərəfindən King's College Londonda Novruz Bayramı tədbiri təşkil olunmuşdur.
 

Tədbirdə ümumilikdə Çin, Rusiya, Qazaxıstan, Hindistan, Pakistan, Filippin və Polşa da daxil olmaqla 10-a yaxın ölkədən 30-dan çox tələbə iştirak etmişdir.
 

Tədbir ilk öncə Azərbaycanla bağlı tanıdıcı videoçarxla başlamışdır. Tədbirin davamı olaraq Novruz bayramı və adət ənənələrimiz haqqında bütün iştirakçılara ətraflı məlumat verilmişdir. Tələbələr həmçinin Azərbaycan milli mahnılarının fonunda yumurta boyamış və döyüşdürmüşdürlər. Tədbirin sonuna doğru iştirakçılara Azərbaycan çayı ilə bərabər müxtəlif milli Novruz şirniyyatları - paxlava, şəkərbura, qoğal və s. təklif edilmişdir. Görüş ən sonda Azərbaycanın xalq qrup rəqsi olan Yallı ilə başa çatmışdır.

 

Qalereya